Zümrüd Ağayeva və Orxan Hüseynzadə AÇ-yə təyinat aldılar

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – İslandiya matçında UEFA nümayəndəsi Ağayeva olacaq. Oktyabrın 17-də Yonava şəhərində reallaşacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, Zümrüd Ağayeva bu mövsümdən qitəmiqyaslı turnirlərə təyinat alır.

AFFA-nın keçmiş əməkdaşı, “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə də beynəlxalq oyuna təyinat alıb. O da 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Kosovo matçında UEFA nümayiəndəsi olacaq. Bu oyun da oktyabrın 17-də keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub. O, 2004-cü ildə AFFA Beynəlxalq Əlaqələr Şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2004-2005-ci illərdə “Olimpik” FK-nın baş direktoru, 2006-2007-ci illərdə isə “Standard” FK-nın vitse-prezidenti vəzifəsində çalışıb. Hüseynzadə 2007-2011-ci illərdə AFFA Beynəlxalq Əlaqələr şöbəsinin direktoru vəzifəsində işləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: