Zurab Oçiqava “Sabah”la yeni müqavilə bağladı

“Sabah” klubu müdafiəçisi Zurab Oçiqava ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Zurabla bir illik yeni sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti bu yay başa çatırdı.

26 yaşlı futbolçu 2021-ci ilin fevral ayından “Sabah”da çıxış edir. Ukraynalı futbolçu “Sabah”ın heyətində 10 oyun keçirib.

Zurab peşəkar karyerası ərzində Ukraynanın “İliçevets” (2014-15), “Dinamo-2” (Kiyev, 2015-16), “Dinamo” (Kiyev, 2016-17), “Olimpik” (Donetsk, 2017-18), “Dnepr-1” (2018-19), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. Oçiqava Ukrayna U-21 millisinin üzvü olub.

Xatırladaq ki, “Sabah” Oçiqavadan öncə Saşa Stamenkoviçlə də müqaviləni yeniləmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: