Əsgər Abdullayev: “İstədiyimiz oyunçuları heyətə qata bildik”

“İmişli”nin baş məşqçisi Əsgər Abdullayev futbol üzrə Azərbaycan Birinci Liqasında mövsümün qalan hissəsinə hazırlığı dəyərləndirib.

Arena.az saytına açıqlama verən təcrübəli mütəxəssis komandasının qış toplanışı ilə bağlı bunları söyləyib:

“Vəziyyətimiz qənaətbəxşdir. Hərçənd hava şəraiti bizim normal çalışmağımıza mane oldu. Çətinlik çəkməyimizə baxmayaraq, hazırlığı başa vura bildik. Qıs transfer dönəmində istədiyimiz oyunçuları heyətə qata bildik. Demək olar ki, heyəti formalaşdıra bilmişik”.

Xatırladaq ki, “İmişli” bu qış fasiləsində İlyas Səfərli, Ziya Məmmədov, Emin Quliyev, Məzahir Əhmədov, Tonia Tisdell və Fərid Nadirovla yollarını ayırıb. Əvəzində əyalət klubu Xəqani Sadıxov, İbrahim Əliyev, Elşən Abdullayev, Xəyyam Hüseynov və Hiqor Felippe Borxes Feliks kimi oyunçularla güclənib.

“İmişli” 2023/2024 mövsümünün geridə qalmış hissəsində 20 xal toplayıb. Komanda Birinci Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Nahid Məmmədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: