Braziliya A Seriyasının 13-cü turu çərçivəsində keçirilmiş “Baiya” – “Atletiko Mineyro” oyununda (2:1) qeyri-adi qol vurulub.
Arena.az məlumat verir ki, oyunun 90+1-ci dəqiqəsində “Atletiko Mineyro”nun 38 yaşlı braziliyalı məşhur mərkəz hücumçusu Halk “olimpiya qolu”na imza atıb.
Təcrübəli futbolçu künc zərbəsindən birbaşa zərbə ilə qol vuraraq hesabı bərabərləşdirib.
Amma “xoruzlar”ın sevinci cəmi 5 dəqiqə sürüb. 90+7-ci dəqiqədə “Baiya” qələbə topunu “Atletiko Mineyro”nun qapısından keçirib.
13 oyundan 24 xalla “Baiya” Braziliya A Seriyasını yarış cədvəlinin 3-cü pilləsində yer alıb, “Atletiko Mineyro” isə 20 xalla 8-ci pillədədir.
Təxmin edilir ki, Halkın qolu ən gözəl qollardan biri kimi, “Puşkaş mükafat”ına təqdim edilə bilər.


