Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması milli çempionatlarımızın daimi iki iştirakçısı – “Neftçi” ilə “Qarabağ” arasında baş tutub.
Rəvan Həmzəzadənin idarə etdiyi bu qarşılaşma əzəli rəqiblərin 98-ci görüşü olub. Əvvəlki 97 oyunda bakılılar 23, ağdamlılar 43 qələbə qazanmışdılar, 31 matç bərabərliklə yekunlaşmışdı. “Qarabağ” ardıcıl 7 qələbə qazanmışdı ki, bunlardan sonuncu 4 matç böyük hesabla nəticələnmişdi. “Neftçi” 14 görüş idi bu rəqibinə qalib gəlmirdi.
Elə bu oyunda da ənənə pozulmayıb. Baxmayaraq ki, “Qarabağ” 22-ci dəqiqədən etibarən azlıqda oynamağa başlayıb. Amma yekunda penaltidən vurulan bir qol Ağdam təmsilçisinə əzəli rəqibi üzərində çətin qələbə qazandırıb.
Bu nəticədən sonra son çempion “Qarabağ” 56 xalla vahid liderdir. “Neftçi” isə 24 xalla 6-cı sırada qərarlaşıb.
Premyer Liqa
23-cü tur
16 fevral
“Neftçi” – “Qarabağ” 0:1
Qol: Marko Yankoviç, 89-pen.
Qırmızı vərəqə: Kevin Medina, 22.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 19:00.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 47. Murad Məmmədov, 23. Robert Bauer, 9. Bassala Sambu, 20. Alfa Konte, 77. Yeqor Boqomolski, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 99. Mateuş Koxalski, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 9. Kadi Borges, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.


