“Milan”rəhbərliyinin baş müşaviri, isveçli mütəxəssis Zlatan İbrahimoviç öz işi ilə bağlı üstünlük verdiyi məqamlar haqda söhbət açıb.
Arena.az GQ jurnalına istinadən, İbrahimoviçin bu barədə qənaətini təqdim edir:
“Bilirsiniz nə var? Mənim rolumun əhəmiyyəti yoxdur. Əsas – “Milan”dır. Biz, “Milan”ın uğurlu olmasını istəyirik. Bizim burada icra etdiyimiz hər bir xüsus “Milan” naminədir. Burada mənəmliyin təzahürü yoxdur, ən azı, mənim tərəfimdən. Mən deyirəm ki, bu, bir aktyorun teatrı deyil.
Mən kögədə qalmağa üstünlük verirəm, hətta istəmirəm ki, mənim xidmətlərim qabardılsın. İnanın mənə, mən uşaqlara da demişəm: “Hətta fotolar və videolarda da görünmək istəmirəm”. Bilirsiniz, əgər bu, məndən asılı olsaydı, siz məni heç görməzdiniz. Mən sadəcə olaraq başımı aşağı salıb işləyərdim”, deyə “İbra” vurğulayıb.
Xatırladaq ki, Zlatan İbrahimoviç 2023-cü ildə futbolçu karyerasını bitirmək qərarına gəlib və futbolçu ikən sonuncu klubu olmuş “Milan” rəhbərliyində müşavir vəzifəsinə təyinat alıb.
İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los-Anceles Qelaksi”də çıxış edib.
Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.


