Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 28-ci, 29-cu və 30-cu turun oyun proqramı açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 28-ci turun matçları martın 28-30-u aralığında keçiriləcək. 29-cu turun oyunları aprelin 5-7-sinə təsadüf edəcək. 30-cu turun görüşləri isə aprelin 11-13-ü aralığında təşkil olunacaq.
Premyer Liqa
Dördüncü dövrə
28-ci tur
28 mart
19:30. “Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu.
29 mart
16:45. “Neftçi” – “Araz-Naxçıvan”
Bakı. “Neftçi Arena”.
19:00. “Sumqayıt” – “Sabah”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
30 mart
16:00. “Kəpəz” – “Səbail”
Tovuz şəhər stadionu.
18:00. “Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu.
29-cu tur
5 aprel
17:00. “Səbail” – “Turan Tovuz”
“Bayıl Arena”.
6 aprel
17:00. “Sabah” – “Kəpəz”
“Masazır Arena”
19:30. “Qarabağ” – “Zirə”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
7 aprel
15:30. “Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu
18:00. “Araz-Naxçıvan” – “Sumqayıt”
Mərdəkan. “Dalğa Arena”.
30-cu tur
11 aprel
19:00. “Səbail” – “Qarabağ”
“Bayıl Arena”.
12 aprel
17:00. “Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu.
19:15. “Sumqayıt” – “Şamaxı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
13 aprel
17:00. “Kəpəz” – “Araz-Naxçıvan”
Tovuz şəhər stadionu.
19:15. “Neftçi” – “Zirə”
Bakı. “Neftçi Arena”.


