Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edib. Mərdəkanda təşkil olunmuş qarşılaşmanı Rauf Cabbarov idarə edib.
Bu, sözügedən komandaların milli çempionatdakı 7-ci qarşılaşması olub. Əvvəlki 6 oyunda heç-heçə qeydə alınmamışdı. “Araz-Naxçıvan” 4, “Şamaxı” 2 qələbə qazanmışdı. “Araz-Naxçıvan” bütün ev oyunlarında quru hesabla qalib gəlmişdi.
Kubok oyunlarını nəzərə almasaq, “Araz-Naxçıvan” Premyer Liqada 6 oyundur qələbə üzünə həsrət idi. Elmar Baxşıyevin komandası bu görüşlərdə 4 heç-heçə, 2 məğlubiyyət görmüşdü. “Şamaxı” isə son iki oyunundan qalib ayrılmaqla Premyer Liqada qalmaq yolunda önəmli addımlar atmışdı.
Bu oyunda isə qalib müəyyənləşməyib. Tərəflər ilk dəfə meydanı “sülh”lə – hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Bu nəticədən sonra Naxçıvan təmsilçisi hazırda 47 xalla üçüncü, “Şamaxı” isə 28 xalla 6-cı pillədə qərarlaşıb.
Premyer Liqa
27-ci tur
14 mart
“Araz-Naxçıvan” – “Şamaxı” 1:1
Qollar: Bernardo Dias, 39 – Cəlal Hüseynov, 68.
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. “Dalğa Arena”, 19:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 10. Bernardo Dias, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba.
Baş məşqçi: Elmar Baxşıyev.
Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasili Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 33. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.


