Premyer Liqa: 28-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

28-ci tura martın 28-də keçiriləcək “Turan Tovuz” – “Qarabağ” oyunu ilə start veriləcək. Bu oyunun baş hakimi Cavid Cəlilov olacaq.

“Neftçi” – “Araz-Naxçıvan” matçı İnqilab Məmmədova, “Sumqayıt” – “Sabah” görüşü isə Tural Qurbanova tapşırılıb.

“Kəpəz” – “Səbail” oyununu Rəvan Həmzəzadə, “Zirə” – “Şamaxı” görüşünü isə Kamal Umudlu idarə edəcək.

Premyer Liqa
28-ci tur
28 mart

“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 19:30.

29 mart

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 16:45.

“Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

30 mart

“Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.

“Zirə” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: