Roberto Martines: “Danimarka yığması bizdən üstün idi”

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines UEFA Millətlər Liqası 1/4 finalının Danimarka yığması ilə ilk oyununu (0:1) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Düşünürəm ki, bu, bizim son vaxtlar keçirdiyimiz ən pis oyun idi. “Parken”də fantastik ab-hava vardı. Danimarka yığması bütün baxışlarda bizdən sadəcə olaraq daha yaxşı idi. Onlar öz oyun planını yerinə yetirdilər, çünki biz buna imkan verdik. Bizim oyun nəbzimiz əskik idi və topu ram edib nəzarət edə bilmirdik, odur ki, biz bir çox xüsusda artırmalıyıq”, deyə Roberto Martines vurğulayıb.

Komandalar arasındakı cavab oyunu martın 23-də Lissabonda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: