Premyer Liqa: 2025-ci ilin rekordu

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turunda qapılara bütövlükdə 18 qol vurulub.

Arena.az xəbər verir ki, “Sumqayıt” – “Sabah” (3:3) oyununda 6, “Turan Tovuz” – “Qarabağ” (1:4) matçında 5, “Zirə” – “Şamaxı” (3:0) görüşündə üç qol qeydə alınıb.

“Neftçi” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Səbail” (hər ikisi 1:1) qarşılaşmalarının hərəsində 2 top vurulub.

Turun orta məhsuldarlığı 3,60-a bərabərdir. Bu, cari mövsümün ikinci göstəricisinin təkrarıdır. 10-cu turda da 18 qol qeydə alınıb. Mövsümün rekordu isə 19 topun vurulduğu 8-ci tura məxsusdur. 28-ci tur mövsümün 3 ən məhsuldarlarından biri olmaqla yanaşı, 2025-ci ilin ən qollu turu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: