Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Eyüpspor” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qonaqlar inamlı qələbəyə seviniblər.
Beləliklə, geridə qalmış 29 turdan sonra 71 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 65 xalla ikinci, “Samsunspor” 51 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 47, “Eyüpsor”un 44, “Başakşəhər”in 39, “Göztəpə”, “Qaziantep” və “Kasımpaşa”nın 38, “Trabzonspor” və “Antalyaspor”un 36, “Konyaspor”un 34, “Rizəspor”un 33, “Alanyaspor”un 31, “Sivasspor”, “Bodrumspor” və “Kayserispor”un 30 xalı var.
Türkiyə, Super Liqa
29-cu tur
28 mart
Antalyaspor – Alanyaspor 2:1
Qollar: Samudio, 43. Qaiç, 81 – Kordova, 22.
Kayserispor – Hatayspor 5:0
Qollar: A.Karimi, 2. Bahoken, 37. R.Çivelek, 59. Nazon, 69. T.Sarıarslan, 89.
Bodrumspor – Fənərbağça 2:4
Qollar: Puşkaş, 31-pen. Fredi, 85 – Şkrinyar, 5. O.Aydın, 32. Şimanski, 36. Taliska, 45-pen.
Konyaspor – Qaziantep 1:0
Qol: Kramer, 67.
29 mart
Sivasspor – Adana Dəmirspor 5:1
Qollar: Manay, 13; 17. Q.Rodriqes, 48. Boke, 68. E.Bekiroğlu, 76 – S.Kavrazlı, 35.
Samsunspor – Kasımpaşa 0:2
Qollar: Fall, 69. Da Kosta, 82.
Trabzonspor – Göztəpə 1:1
Qollar: Zubkov, 32 – Romulo Kardozo, 31-pen.
Beşiktaş – Qalatasaray 2:1
Qollar: Rafa Silva, 23. J.Fernandes, 66 – L.Torreyra, 45.
31 mart
Eyüpspor – Başakşəhər 1:3
Qollar: Ampem, 26 – Brniç, 22. O.Kemen, 74. Y.Sarı, 85.


