Azərbaycanın U-21 millisinin cinah hücumçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının çempionat matçında şans qazanmayıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Cənubi Kipr Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci turu çərçivəsində “Karmiotissa” ilə qarşılaşıb.
“Pafos” səfərdə baş tutmuş bu görüşdə 3:0 hesablı qələbəyə sevinib. Murad mövsümün açılış matçının iştirakçısı olmayıb. 20 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib. Buna onun zədədən əziyyət çəkməsi səbəb olub.
Xatırladaq ki, Murad Məmmədov bu yay qoşulduğu “Pafos”un heyətində hələlik 3 rəsmi matçda forma geyinib, 1 qol vurub.
“Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu bu yay azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.


