Premyer Liqa: “Araz” “Sabah”a, “Sumqayıt” “Qarabağ”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Araz-Naxçıvan”la son çempion “Sabah” arasında baş tutacaq. Qəbələ şəhər stadionunda baş tutacaq oyuna saat 18:00-da start veriləcək. Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq.

Turun qapanış matçında isə “Sumqayıt”la “Qarabağ” üz-üzə gələcək. “Sumqayıt Arena”da təşkil ediləcək matçın start fiti saat 20:15-də səslənəcək. Oyunu Fərid Hacıyev idarə edəcək.

Premyer Liqa
3-cü tur

29 avqust

“Qəbələ” – “Şamaxı” 0:0
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev.
VAR: Elvin Bayramov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 18:00.

“Şəfa” – “İmişli” 0:1
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Sumqayıt Arena”, 20:15.

30 avqust

“Kəpəz” – “Turan Tovuz” 1:0
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu, 18:00.

“Zirə” – “Neftçi” 1:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu, 20:15.

31 avqust

“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Qəbələ şəhər stadionu, 18:00.

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 20:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: