Liqa 1: “Monako”, “Paris” və “Renn”dən qələbə

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Renn” – “Leman” matçında meydan sahibləri qalib gəliblər. “Paris” doğma meydanda “Nitsa”nı 3 cavabsız qolla yenib. “Monako” da Marsel “Olimpik”i ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Beləliklə, geridə qalmış 2 turdan sonra itkisiz irəliləyən yeganə komanda “Monako”dur – 6 xal. “Paris”, “Lill”, Lion “Olimpik”i, “Renn” və “Trua”nın isə 4 xalı var.

Fransa, Liqa 1
2-ci tur

28 avqust

Lill – PSJ 2:2

29 avqust

Strasburq – Lans 2:1
Oser – Anje 1:3
Brest – Tuluza 2:2
Loryan – Trua 1:2
Olimpik (Lion) – Havr 1:1

30 avqust

Paris – Nitsa 3:0
Renn – Leman 3:2
Monako – Olimpik (Marsel) 2:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: