2025-ci ilin sentyabrında istifadəyə verilmiş Gəncə şəhər stadionu UEFA tərəfindən 4-cü kateqoriyalı arena statusuna layiq görülüb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
AFFA-nın açıqlamasında vurğulanır ki, iki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq arena beynəlxalq tələblərə tam cavab verib. Yeni kateqoriya Gəncə şəhər stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.
Xatırladaq ki, bu arena ötən il istifadəyə verilsə də, “Kəpəz” bu stadiondakı ilk rəsmi oyununa bu gün çıxacaq. Sözügedən komanda yeni arenadakı ilk görüşündə Premyer Liqanın 3-cü turu çərçivəsində “Turan Tovuz”u qəbul edəcək. Oyuna saat 18:00-da start veriləcək.


