Leonardo Balerdi “Roma”da!

Fransanın “Olimpik” (Marsel) komandasının mərkəz müdafiəçisi Leonardo Balerdi bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

27 yaşlı argentinalı futbolçu sonradan satınalma hüququ ilə birgə cari mövsümün sonuna kimi icarəyə götürülüb. “Roma” müdafiəçinin bir illik icarəsi üçün 1 milyon avro ödəyib.

Leonardo Balerdi peşəkar karyerasına Argentinanın “Boka Xuniors” klubunda başlayıb. O, Avropada “Borussiya” (Dortmund, Almaniya) klubunun da formasını geyinib. Marsel “Olimpik”i Balerdini 2020-ci ildə 1 milyon avroya icarəyə götürüb, bir il sonra isə 11 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb.

Argentinalı futbolçu Fransa klubunun heyətində 200 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Balerdi 2019-cu ildə debüt etdiyi Argentina millisinin heyətində 11 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: