Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanmış 2025-ci ilin aprel ayının FIFA reytinqində iki pillə geriləyib.
Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Ötən ay yoxlama görüşlərində Haiti (0:3) və Belarusa (0:2) məğlubiyyət komandamızın iki pillə geriləməsinə səbəb olub. Fernando Santosun baş məşqçisi olduğu kollektiv 2025-ci ilin ilk siyahısında 1150,64 xalla 119-cu sırada qərarlaşıb.
Reytinq cədvəlinə sonuncu dünya çempionu Argentina millisi (1886,16) rəhbərlik edir. Bir pillə irəliləyən İspaniya (1854,64) yığması ikincidir. İlk üçlüyü 1852,71 xala malik Fransa yığma komandası qapayır.
Qeyd edək ki, Fransa yığması Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Fransa biridir. Millimizin digər rəqiblərindən Ukrayna (1559,81) 25-ci yerdə qalıbsa, dörd pillə geriləyən İslandiya (1336,55) 74-cüdür.
Yeni ildəki ilk reytinq cədvəlində ən yaxşı irəliləyişə nail olan milli komanda Myanmar yığmasıdır. Bu komanda hazırda 995,21 xalla 162-cidir. Ən pis göstəriciyə isə Qvineya Bisau yığması imza atıb, bu komanda 8 pillə irəliləyib və hazırda 1128,27 xalla 128-cidir.
FİFA reytinqininin ilk 10 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:
- Argentina – 1886,16
- İspaniya 1854,54
- Fransa – 1852,71
- İngiltərə – 1819,2
- Braziliya – 1776,03
- Niderland – 1752,44
- Portuqaliya – 1750,08
- Belçika – 1735,75
- İtaliya – 1718,31
- Almaniya – 1716,98


