“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası (U-14) bu ay Niderlandda təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.
Arena.az xəbər verir ki, Ağdam klubu “SV EPE U-14 Youth Easter Cup” turnirində qüvvəsini sınayacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, “köhlən atlar”ın rəqibləri “Utrext”, “Qo Ehed İqls”, “Feyenoord”, “Alkmaar”, “Epe” (hamısı Niderland), “Nordsyelland” (Danimarka), “Aston Villa” (İngiltərə), “Genk” (Belçika), “Volfsburq”, “Hamburq” (hər ikisi Almaniya) klubları və Lüksemburq millisi olacaq. “Qarabağ”ın dəqiq hansı komandalarla üz-üzə gələcəyinə turnir ərəfəsində aydınlıq gələcək.
Qeyd edək ki, sözügedən yarış aprelin 18-20-si aralığında baş tutacaq.


