Yüksək Liqa: “Azərreyl” və “Abşeron”dan asan qələbə

Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 18-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki qarşılaşma Bakıda keçirilib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində öncə liderlər – “Abşeron”la “Milli Aviasiya Akademiyası” üz-üzə gəliblər. Oyun nominal meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca “Azərreyl” autsayder UNEC-i sınağa çəkib. “Dəmiryolçular” çətinlik çəkmədən hesablarına 3 xal yazıblar.

Qeyd edək ki, tura sabah keçiriləcək “Gəncə” – “Murov” matçı ilə yekun vurulacaq.

Yüksək Liqa
18-ci tur
4 aprel

“Abşeron” – “Milli Aviasiya Akademiyası” 3:0 (25:17, 25:19, 25:17)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

“Azərreyl” – UNEC 3:0 (25:14, 25:22, 25:19)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Xallar: Abşeron – 46. Milli Aviasiya Akademiyası – 39. Azərreyl – 32. Gəncə – 24. Murov – 18. UNEC – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: