Premyer Liqa: 29-cu turun təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tura sabah keçiriləcək “Səbail” – “Turan Tovuz” oyunu ilə start veriləcək. “Bayıl Arena”da baş tutacaq turun ilk qarşılaşmasını Rəşad Əhmədov idarə edəcək.

“Sabah” – “Kəpəz” qarşılaşması Rauf Cabbarova tapşırılıb. “Qarabağ” – “Zirə” matçını isə İnqilab Məmmədov idarə edəcək.

“Şamaxı” – “Neftçi” matçında ədaləti Fərid Hacıyev qoruyacaq. “Araz-Naxçıvan”la “Sumqayıt” arasında baş tutacaq görüşün baş hakimi də Cavid Cəlilov olacaq.

Premyer Liqa
29-cu tur
5 aprel

“Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Bayıl Arena”, 17:00.

6 aprel

“Sabah” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Masazır Arena”, 17:00.

“Qarabağ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

7 aprel

“Şamaxı” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 15:30.

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Mərdəkan. “Dalğa Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: