Ayxan Abbasov: “Hədəfə çatacağımıza inanıram”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 29-cu turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Evdə qalib gəlmək istəyirdik. Təəssüf ki, alılnmadı. İlk yarıda pis oynamadıq, qol imkanlarından istifadə edə bilmədik. Hər şey üst-üstə düşür, zədəlilər çoxalır. Bilirdik ki, ehtiyat qüvvəmiz az olduğu üçün çətinliklər olacaq. Bunlar normaldır, mövsüm ərzində olur. Sevindirci haldır ki, bu gün gənc oyunçu Elmar Məmmədov debüt etdi. Qarşıdakı günlərdə toparlanacağıq. İnanıram ki, hədəfimizə çatacağıq”.

Ayxan Abbasov yeni hücumçu transferinin alınmamasına da aydınlıq gətirib: “Həm sənəd problemi var idi, həm də hazır deyildi. Vaxtımız az olduğu üçün onunla müqavilə imzalamadıq. Artıq çempionatın sonudur. Qalan oyunlar daha gərgin keçəcək. 3 xallıq sistemdə 8 xal elə də böyük fərq deyil. Mövsümün əvvəlində də xal fərqi tez-tez dəyişirdi. Sona qədər mübarizə aparacağıq”.

“Neftçi”nin məşqçisi Mübariz Orucov isə matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Bizə həmişəki kimi dəstək oldular. 7-8 oyunçunun xidmətindən məhrum idik. Bəzi futbolçularımız öz mövqeyində çıxış etmirdi, heyətdə rotasiyalar etmişdik. Buna baxmayaraq, yaxşı mübarizə apardılar. Onlara təşəkkür edirəm. Bəzilərində yüngül zədədir, bəzlilərində ağır. İndi nəsə demək olmur. Çalışacağıq ki, əlimizdə olan futbolçulardan istifadə edib meydana qələbə üçün çıxaq. Emil Səfərova gəlincə, onun çiynində problem var. Emil də zədəlilər sırasına qoşuldu. Rafael Quzzo da uzun müddətdir oynamırdı. Bu gün o da zədələndi. Bizim üçün çox çətindir, zədəli oyunçular çoxdur. Çalışırıq ki, bu durumdan çıxaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: