Super Liqa: 2024/2025 mövsümünə yekun vuruldu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 38-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun və mövsümün sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Bodrumspor”la qarşılaşan “Beşiktaş” rəqibini 4 cavabsız qolla məğlub edib. “Samsunspor” isə doğma meydanda “Kayserispor”a qalib gəlib.

Beləliklə, çempion “Qalatasaray” mövsümü 95 xalla zirvədə tamamlayıb. “Fənərbağça” 84 xalla gümüş medalçı olub. “Samsunspor” isə 64 xalla bürünc medallara sahib çıxıb. “Beşiktaş” 62 xalla 4-cü, “Başakşəhər” 54 xalla 5-ci yeri tutub.

Bu komandalardan “Qalatasaray”la “Fənərbağça” gələn mövsüm UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar. “Samsunspor”la “Beşiktaş” Avropa Liqasına, “Başakşəhər” isə Konfrans Liqasına vəsiqə əldə ediblər.

37 xalla 16-cı olan “Bodrumspor”, 35 xalla 17-ci olan “Sivasspor”, 26 xalla 18-ci yeri tutan “Hatayspor” və 2 xalla sonuncu olan “Adana Dəmirspor” Super Liqanı tərk ediblər.

Türkiyə, Super Liqa
38-ci tur

30 may

Antalyaspor – Trabzonspor 0:2
Qollar: Zubkov, 55. Lundstram, 57.

Qalatasaray – Başakşəhər 2:0
Qollar: Mertens, 17-pen. Osimhen, 81.

Kasımpaşa – Göztəpə 1:2
Qollar: Uanes, 47 – A.İldiz, 33-pen. Viktor Huqo, 90+2.

31 may

Fənərbağça – Konyaspor 2:1
Qollar: İ.C.Kahveçi, 75. Ən-Nəsiri, 75 – M.Bostan, 4.

Rizəspor – Hatayspor 5:2
Qollar: Akintola, 43. Sou, 50; 90+3. E.Bulut, 72. Olavoyin, 90 – Y.A.Buz, 68. K.Alıcı, 74.

Adana Dəmirspor – Qaziantep 2:2
Qollar: Aliui, 11; 35 – Maksim, 32-pen. Boatenq, 64.

Alanyaspor – Sivasspor 2:0
Qollar: E.Keskin, 33. A.Usluoğlu, 66.

1 iyun

Bodrumspor – Beşiktaş 0:4
Qollar: M.Hekimoğlu, 12; 45+1. J.Fernandes, 27. Joao Mario, 71-pen.

Samsunspor – Kayserispor 2:1
Qollar: S.Aydoğdu, 90+5. Muxa, 90+8 – Nazon, 46.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: