“Qarabağ” bu gün “Zirə” ilə yoxlama oyunu keçirəcək

Azərbaycanı avrokuboklarda təmsil edəcək “Qarabağ” və “Zirə” komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.

Arena.az xəbər verir ki, qarşılaşma “Azərsun Arena”da təşkil olunacaq.

Qarşılaşmaya saat 18:00-da start veriləcək. Bu, hər iki komandanın yeni mövsümə hazırlıq çərçivəsindəki ilk sınaq matçı olacaq.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

“Zirə” isə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk”un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da “Neftçi Arena”da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: