Azərbaycan – Portuqaliya oyununun stadionu açıqlandı

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Portuqaliya yığmasını qəbul edəcəyi stadion müəyyənləşib.

Arena.az xəbər verir ki, bu oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Sentyabrın 7-də keçiriləcək bu matça saat 20:00-da start veriləcək.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun İtaliyanın Turin şəhərində keçirilib. “Yuventus”un stadionunda baş tutan həmin oyunda millimiz 0:1 hesabıyla uduzmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: