Coy Lens Mikels ciddi zədə aldı, xəstəxanalıq oldu

“Sabah”ın hücumçusu Coy Lens Mikels Azərbaycan Premyer Liqasının 7-ci turunun “Karvan”la səfər matçında ciddi zədə alıb.

Arena.az xəbər verir ki, qarşılaşmanın son saniyələrində rəqib qapıçı Kamran İbrahimovla hava mübarizəsi zamanı belindən zərbə alan futbolçu ağrılar içində yerdə qalıb. Həkimlərin ilkin müdaxiləsindən sonra futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb. Bu üzdən də təcili tibbi yardım avtomobili meydana dəvət olunub. Mikels həkim nəzarətində dərhal xəstəxanaya aparılıb. Onun durumu ilə bağlı daha sonra açıqlama verilməsi gözlənilir.

Məşqçilər korpusu oyunu vaxtından öncə başa vurmaq məcburiyyətində qalmış Mikelsin əvəzində Tellur Mütəllimovu meydana buraxı.b

Qarşılaşma “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandasının bu oyundakı ilk qolunu məhz Coy Lens Mikels vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: