Futbol üzrə İngiltərə millisinin hücumçusu Harri Keyn bu gün Uels yığmasına qarşı keçirəcəkləri yoxlama oyununu buraxacaq.
Arena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Tuxel ötən gün baş tutmuş mətbuat konfransında açıqlama verib.
Almaniyalı mütəxəssis hücumçunun Almaniyanın “Bayern” klubunun düşərgəsində yüngül zədə aldığını söyləyib:
“Bu matçda oynaması Harri Keyn üçün riskli olardı. İstirahət etməsi üçün şərait yaratdıq. Əminəm ki, seçmə mərhələnin Latviya ilə matçı üçün hazır olacaq”.
Qeyd edək ki, bu gün keçiriləcək İngiltərə – Uels matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Latviya – İngiltərə oyunu isə oktyabrın 14-də keçiriləcək. Həmin oyuna da Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.


