Qurban Qurbanov: “Məğlub olmamaq şansımız var idi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gəliblər.

Oyun meydan sahiblərinin 3:1 hesablı əzmkar qələbəsiylə yekunlaşıb. Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlər üçün çox maraqlı oyun alındı. İstərdik ki, ən azı məğlub olmayaq. Bunun üçün şanslarımız da var idi. Dünən sona kimi mübarizə aparacağımızı demişdim. Bu gün futbolçularım bunu bacardılar. Çox dinamik və sürətli komanda ilə qarşılaşdıq. Asan olmasa da, oyunçularımız rəqibin qarşısında möhkəm dayandılar. Belə gözəl atmosferdə bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm. Get-gedə rəqiblər güclənir, məsuliyyət artır. Çünki turlar keçdikcə bütün komandalar xallarının sayını artırmağa çalışacaqlar. Qarşıdakı matçlarda da intizamlı oynamağa və yaxşı mübarizə aparmağa çalışacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: