“Qarabağ” – “Çelsi” ilə oyunu avstriyalı hakimlərə tapşırıldı

Futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turun çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə təmsilçiləri arasındakı qarşılaşma bu həftə Bakıda baş tutacaq.

UEFA sözügedən komandaların görüşünü Avstriyadan olan hakimlər briqadasına tapşırıb. Oyunun baş hakimi Sebastyan Qişamer olacaq. FIFA referisinə yan xətt hakimləri Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Şuettenqruber, AVAR-da Jozef Spurnı əyləşəcəklər.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.

Sonda onu da xatırladaq ki, Avstriyadan olan hakimlər briqadası bir müddət əvvəl DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Ukrayna – Azərbaycan oyununu da idarə etmişdi. Sebastyan Qişamer oktyabrın 13-də Polşada keçirilmiş həmin görüşdə millimizin 1:2 hesablı məğlubiyyətini qeydə almışdı.

Ədalət təmsilçisi əvvəlki illərdə Ağdam klubunun və U-21 millisinin oyununa da təyina alıb. O, 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında söz sahibi olub. Həmin görüş rəqibin 5:0 hesablı qələbəsi ilə bitib.

Qishamer 2023-cü ildə “Qarabağ”ın səfər qələbəsinə şahidlik edib. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində İsveçin “Hakken” kollektivini minimal hesabla üstələyib – 1:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: