İngiltərə futbolunun əfsanəsi Alan Şirer “Mançester Yunayted”in 22 yaşlı mərkəz hücumçusu Benyamin Şeşko haqda qənaətini açıqlayıb.
Arena.az keçmiş hücumçunun müvafiq qənaətini təqdim edir:
“Şeşko yaxşı bir futbolçudur, amma düşünmürəm ki, o, görkəmli nəsə göstərməyə qadirdir. Ona çəkilmiş transfer xərcini nəzərə alaraq, o, daha çox qollar vurmalıdır”, deyə Alan Şirer vurğulayıb.
Xatırladaq ki, hazırda zədədən əziyyət çəkən Benyamin Şeşko “Zalsburq”un məzunudur. Hücumçu, karyerası ərzində “Liferinq” (icarə) və “Leypsiq”də çıxış edib. “Mançester Yunayted” onu 2025-ci ilin yayında 76,5 milyon avro məbləğ müqabilində “Leypsiq”dən transfer edib. Tərəflər arasında müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə var.
Şeşko cari mövsümdə “Mançester Yunayted” üçün 12 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
Şeşko 2021-ci ilin iyun ayında debüt etdiyi Sloveniya yığmasının heyətində 45 oyuna 16 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 22 yaşlı sloven hücumçunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


