Futbol üzrə İngiltərə Premyer Liqasının sonuncu qalibi, cari mövsümdə uğursuz çıxış edən “Liverpul” antirekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 21-ci turunda “Arsenal”la 0:0 hesablı heç-heçə edən “qırmızılar” klub tarixində nadir göstərici ilə yadda qalıblar.
“Opta Analyst” portalının yaydığı məlumata görə, bu görüşdə mersisaydlılar qapı çərçivəsinə bir dəfə də olsun, zərbə endirməyiblər. Sonuncu dəfə belə hal Premyer Liqa matçında 16 il əvvəl – 2010-cu ilin martında “Uiqan”la görə (0:1) təsadüf etmişdi.
Xatırladaq ki, hazırda “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Arne Slotun rəhbərlik etdiyi komanda 21 oyuna 35 xal toplaya bilib. Komanda bu görüşlərdə 10 qələbə qazanıb, 5 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.


