“Sabah” 4 klubun bacardığı uğuru təkrarladı

Futbol üzrə Azərbaycan Kubokunun 2025/26 mövsümünün qalibi adını qazanan “Sabah” ötən mövsümdə əldə etdiyi titulu qoruyub.

Arena.az xəbər verir ki, Bakı klubu son 9 mövsümdə ilk komanda olub ki, ardıcıl iki dəfə kuboku başı üzərinə qaldırıb.

Sonuncu dəfə buna “Qarabağ” nail olmuşdu. Ağdam klubu həmin vaxt ardıcıl 2 dəfə titulunu qoruyaraq üç mövsüm (2014/2015, 2015/2016, 2016/2017) kubok qazanmışdı.

Daha üç komanda ardıcıl iki dəfə turnirin qalibi adına sahib çıxıb. İki dəfə buna nail olmuş “Neftçi” öncə 1994/1995, 1995/1996, ardınca 2012/2013, 2013/2014 mövsümlərində bunu bacarıb. “Kəpəz” (1996/1997, 1997/1998) və “Xəzər Lənkəran” (2006/2007, 2007/2008) da eyni nailiyyəti gerçəkləşdirib.

Xatırladaq ki, “Sabah” 2025/2026-cı illər mövsümündə həm də Azərbaycan Premyer Liqasının qalibi olduğu üçün “qızıl dubl”a imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: