2025/2026-cı illər mövsümü bitən kimi heyətində təmizləmə işinə başlamış “Şamaxı” daha bir futbolçusu – Arsen Ağcabəyov ilə də vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçunun başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Mərkəz müdafiəçisi olan Arsen Ağcabəyov 2022-ci ildən formasını geyindiyi “Şamaxı”da 82 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. “Qəbələ”nin yetirməsi olan futbolçu “Sabah”, “İrəvan”, “Səbail” və “Sumqayıt” kimi klublarda da forma geyinib. O, Azərbaycanın U-21 yığmasında da 7 oyun keçirib.
“Şamaxı” daha öncə Karim Rossi, Rodriqo Fransisko Fernandes, Andrey Tırkovyanu, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimovla da vidalaşmışdı.


