Azərbaycan millisi Sombatxeydə Malta ilə üz-üzə

Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün Malta yığma komandası ilə yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu rəqiblə Macarıstanda qarşılaşacaq.

Sombatxey şəhərindəki “Haladaş” stadionunda təşkil ediləcək oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Mixali Kaprali olacaq. Ona yan xətt hakimləri Balaş Buzaş və Bençe Belitsa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tamaş Boqnar yerinə yetirəcək.

Malta yığması millimiz üçün kifayət qədər tanış rəqibdir. Komandamız indiyə qədər bu rəqiblə 9 oyun keçirib. Bu oyunlardan üçü bərabərliklə bitib, dördündə Malta yığması, ikisində isə millimiz qalib gəlib. Maltalıların bütün qələbələri məhz yoxlama oyunlarına təsadüf edib. Rəsmi turnirlərdəki oyunlar isə bu komanda üçün o qədər də uğurlu alınmayıb.

Xatırladaq ki, Azərbaycan millisi bu ayın 9-da San Marino yığması ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
5 iyun

22:00. Azərbaycan – Malta
Hakimlər: Mixali Kaprali, Balaş Buzaş, Bençe Belitsa, Tamaş Boqnar (Hamısı Macarıstan).
Sombatxey, “Haladaş” stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: