Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.
Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.
Mundialın əsas favoritlərindən olan İngiltərə millisi 1/8 finala vəsiqə uğrunda Konqo Demokratik Respublikası yığması ilə qarşılaşıb. Atlantada (Corciya, ABŞ) təşkil edilmiş matçda Avropa təmsilçisi 2:1 hesablı əzmkar qələbəyə sevinib.
Görüşdə hesabı Konqo açıb. 7-ci dəqiqədə Brayan Sipenqa dəqiq zərbə müəllifi olub. Lakin ikinci hissədə güc toplayan ingilislər 75 və 86-cı dəqiqədələrdə Harri Heynin vurduğu qollar sayəsində qalib gəliblər.
Bu qalibiyyət sayəsində İngiltərə seçməsi 1/8 finalda Meksika yığmasına rəqib olub.
Xatırladaq ki, daha öncə Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa və Meksika yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.
DÇ-2026
1/16 final
1 iyul
İngiltərə – Konqo DR 2:1
Qollar: Harri Keyn, 75; 86 – Brayan Sipenqa, 7.


