DÇ-2026: Portuqaliya da 1/8 finala yüksəldi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Mundialın əsas favoritlərindən sayılan Portuqaliya millisi 1/8 finala vəsiqə uğrunda Xorvatiya yığması ilə qarşılaşıb. Toronto şəhərində (Kanada) təşkil edilmiş matçda portuqallar qalib gəliblər.

Hesabı xorvatlar açıblar. 53-cü dəqiqədə İvan Perişiç diqqət mərkəzinə düşüb. Lakin geri dönüş etməyi bacaran portuqaliyalıların heyətində Kristiano Ronaldo və Qansalo Ramos fərqləniblər.

Portuqaliya millisinin 1/8 finaldakı rəqibi İspaniya olacaq.

Xatırladaq ki, daha öncə Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika, ABŞ və İspaniya yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.

DÇ-2026
1/16 final
3 iyul

Portuqaliya – Xorvatiya 2:1
Qollar: Kristiano Ronaldo, 68-pen. Qonsalo Ramos, 90+4 – İvan Perişiç, 53.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: