Argentina millisi dünya çempionatlarının rekorduna şərik oldu

Argentina millisi DÇ-2026-nın 1/16 finalında Kabo Verde ilə qarşılaşmada dünya çempionatları tarixinə düşən daha bir göstəriciyə imza atıb.

Arena.az xəbər verir ki, Kabo Verde ilə görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün komandalar əlavə vaxta yollanıblar.

Beləliklə, Argentina yığması dünya çempionatları tarixində 12-ci dəfə əlavə vaxt oynayaraq bu göstəricidə rekordu təkrarlayıb.

Bununla da Cənubi Amerika təmsilçisi mundiallarda ən çox əlavə vaxta çıxan komanda kimi uzun illər bu rekordu təkbaşına əlində saxlayan Almaniya millisinin göstəricisinə şərik olub.

Argentina millisi əlavə vaxtda rəqibini 3:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Lionel Skaloninin rəhbərlik etdiyi komanda növbəti mərhələdə Misir yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: