DÇ-2026-nın 1/8 finalının Meksika və İngiltərə yığmaları arasında keçiriləcək oyunun başlama vaxtı hava şəraiti səbəbindən dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Qərara səbəb Mexiko şəhərindəki “Asteka” stadionunun yaxınlığında ildırım və güclü göy gurultusu təhlükəsinin yaranması olub. Qarşılaşmanın start fiti əvvəlcədən nəzərdə tutulduğu vaxtdan bir saat gec səslənəcək.
Bu, Meksikanın ev sahibliyi etdiyi mundial oyunları arasında son qarşılaşma olacaq. Görüşün qalibi 1/4 finalda daha əvvəl Braziliyanı 2:1 hesabı ilə məğlub etmiş Norveç millisi ilə üz-üzə gələcək.
Bu, 2026-cı il dünya çempionatında hava şəraiti ilə əlaqədar yaşanmış ilk belə hadisə deyil. Daha əvvəl Meksikanın Ekvadora qarşı 1/16 final oyunu da eyni səbəbdən bir saat gec başlamışdı.
Bundan başqa, qrup mərhələsinin iyunun 22-də keçirilmiş Fransa – İraq görüşünün ikinci hissəsi də Filadelfiyada baş verən ildırım və güclü göy gurultusuna görə təxminən iki saatdan çox gecikmişdi. Həmin qarşılaşma DÇ-2026-da hava şəraiti səbəbindən dayandırılan ilk oyun kimi tarixə düşmüşdü.
Qeyd edək ki, ABŞ-da qüvvədə olan təhlükəsizlik qaydalarına əsasən, stadionun 8 mil (təxminən 13 km) radiusunda ildırım müşahidə edildiyi halda oyun dərhal dayandırılır və ya təxirə salınır. Son ildırım hadisəsindən sonra ən azı 30 dəqiqə ərzində yeni ildırım qeydə alınmadıqda matçın başlanmasına və ya davam etdirilməsinə icazə verilir. Hər yeni ildırım zərbəsi bu 30 dəqiqəlik gözləmə müddətini yenidən sıfırlayır.


