Leandro Trossard rəsmən “Beşiktaş”da!

Futbol üzrə Belçika milli komandasının yarımmüdafiəçisi Leandro Trossard İngiltərənin “Arsenal” klubundan ayrılaraq “Beşiktaş”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Transferin detalları və tərəflər arasındakı müqavilənin detalları açıqlanmır. Amma Britaniya mətbuatı “Arsenal”ın bu satışdan 15,3 milyon funt-sterlinq qazanacağını (1,7 milyon avro bonus da nəzərdə tutulub) yazır.

Leandro Trossard Belçikanın “Genk” klubunun yetirməsidir. O, bu klubda olarkən “Lommel Yunayted”, “Vesterlo”, “Leuven” kimi klublarda icarədə də oynayıb. 2019-cu ildə “Brayton”a üz tutmuş yarımmüdafiəçi 2023-cü ildə məhz bu klubdan 24 milyon avro qarşılığında “Arsenal”a keçmişdi. Belçikalı futbolçu London təmsilçisinin heyətində 174 oyun keçirib, 36 qol və 34 məhsuldar ötürmə müəllifi olub.

Trossard 2020-ci ildə debüt etdiyi Belçika milli komandasının heyətində 57 oyuna çıxıb, 14 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı vingerin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: