“Zirə” Kutaisidə “Torpedo” ilə üz-üzə

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Zirə” bu gün turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində “Torpedo” ilə cavab oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Gürcüstan komandası Azərbaycan təmsilçisini Kutaisidə qəbul edəcək.

Ramaz Şengeliya stadionunda baş tutacaq oyunu macarıstanlı hakimlər idarə edəcəklər. Oyunun baş hakimi Mihali Kapray olacaq.

“Qartallar” Kutaisi təmsilçisi ilə Sumqayıtdakı ilk oyundan 3:0 hesablı qələbə ilə ayrılmışdı. Bu üzdən də Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda mərhələ adlamağa daha yaxındır. Bunun üçün Bakı təmsilçisinə səfərdə böyük hesabla uduzmamaq da bəs edəcək. Amma bu uğura iki qələbə ilə nail olmaq daha yaddaqalan olacaq.

Onu da qeyd edək ki, “Zirə” növbəti raunda vəsiqə qazansa, “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi növbəti mərhələdə ilk oyunu səfərdə keçirəcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
16 iyul

20:00. Torpedo – Zirə
Hakimlər: Mihali Kapray, İstvan Albert, Bense Belitsa, Marsel Derdak (Macarıstan).
Kutaisi. Ramaz Şengeliya stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: