DÇ-2026-nın finalı tarixə düşəcək

ABŞ, Kanada və Meksikada təşkil edilmiş futbol üzrə DÇ-2026-nın Argentina – İspaniya finalı dünya çempionatları tarixində bir neçə ilkə imza atacaq.

Arena.az bu barədə ESPN-ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, FİFA-nın 1992-ci ildən tətbiq etdiyi dünya reytinqi tarixində ilk dəfə reytinq cədvəlinin ilk iki pilləsində qərarlaşmış milli komandalar dünya çempionatının finalında üz-üzə gələcəklər. Hazırda Argentina FİFA reytinqinə başçılıq edir, İspaniya isə ikinci pillədə qərarlaşıb.

Bundan başqa, dünya çempionatları tarixində ilk dəfə Avropa çempionu ilə Amerika Kubokunun sonuncu qalibləri həlledici qarşılaşmada münasibətlərinə aydınlıq gətirəcəklər. İspaniya 2024-cü ildə Avropa çempionu adına yiyələnib. Argentina isə həmin il Amerika Kubokunun qalibi olub.

Xatırladaq ki, DÇ-2026-nın final görüşü iyulun 19-da keçiriləcək. Argentina yarımfinalda İngiltərəni 2:1, İspaniya isə Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: