Harri Keyn: “DÇ-2026 mənim üçün son mundial olmayacaq”

İngiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2026-nın onun karyerasındakı son dünya çempionatı olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

Arena.az xəbər verir ki, 32 yaşlı forvard bunun üçün hələ tez olduğunu bildirib:

“Bu barədə danışmaq hələ tezdir. Amma Messiyə baxın. Onun 39 yaşı var və hələ də ən yüksək səviyyədə çıxış edir. İngiltərə millisinin formasını geyinmək mənim üçün böyük qürur və sevincdir. Dünyada ən çox sevdiyim iş də məhz budur”.

DÇ-2026-da Harri Keyn İngiltərə millisinin heyətində 7 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundial Keynin karyerasında üçüncü olub. O, daha əvvəl 2018-ci ildə Rusiyada və 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatlarında da İngiltərə millisinin şərəfini qoruyub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: