Futbol üzrə Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın finalında İspaniyaya qarşı keçirəcəkləri həlledici oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, İtaliyanın “La Repubblica” nəşrinə danışan 39 yaşlı hücumçu rəqib komandanın gücünü yüksək qiymətləndirib:
“Bu, möhtəşəm komandadır. Onların çox güclü futbolçuları və dəqiq formalaşmış oyun üslubu var. Futbolçuların əksəriyyətini tanıyıram, bir çoxuna qarşı oynamışam və onları izləməyə davam edirəm. Xüsusi və çox bərabər keçəcək bir matç olacaq”.
Messi Argentina millisinin finala gedən yolunu da dəyərləndirib. O bildirib ki, komanda turnirə çoxlu tənqid və suallar fonunda başlasa da, özü uğurlu nəticəyə heç vaxt şübhə etməyib:
“Mən əmin idim ki, ən azı ilk dörd komandadan biri olacağıq. Biz buraya dünya çempionu kimi gəlmişdik. Son dörd ilin ən yaxşı komandası idik və bunu meydanda bir daha sübut etdik. Heç kim bizə heç nə hədiyyə etməyib və biz yenidən finaldayıq”.
Qeyd edək ki, DÇ-2026-nın Argentina – İspaniya finalı iyulun 19-da keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


