“Səbail” Kipr klubuna qalib gəldi

2026/2027-ci illər mövsümünə hazırlığı Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail” bu gün ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Birinci Liqa təmsilçisi Şimali Kipr Respublikasının TOL komandası ilə üz-üzə gəlib.

“Dənizçilər” bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar. Oyunda yeganə qolu Rubin Seyidov vurub.

Qeyd edək ki, “Səbail” Boluda növbəti yoxlama oyununu avqustun 19-da keçirəcək. Rəqib hələ dəqiqləşməyib.

Elnur Abdullayevin rəhbərlik etdiyi “dənizçilər” Azərbaycan Birinci Liqasının 2026/2027-ci illər mövsümünün ilk turunda “Xankəndi” ilə üz-üzə gələcəklər. Qarşılaşmanın sentyabrın 3-də keçirilməsi nəzərdə tutulub. Paytaxt klubu ilk turu səfərdə keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: