Portuqaliya millisi Millətlər Liqasında ilk 1/4 finalçı oldu!

Futbol üzrə Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda Norveçə qalib gələrək turnirin ilk 1/4 finalçısı olub.

Arena.az xəbər verir ki, Portuqaliya doğma meydanda Norveçi 2:1 hesabı ilə məğlub edib.

Qalib komandanın heyətində Joao Kanselo 38-ci, Qonsalo Ramos isə 79-cu dəqiqədə fərqlənib. Norveçin yeganə qolunu 36-cı dəqiqədə Kristofer Ayyer vurub. Portuqaliya 86-cı dəqiqədə Fransisko Konseysao qırmızı vərəqə aldıqdan sonra görüşü azlıqda tamamlayıb.

Bu qələbədən sonra Portuqaliya millisi 12 xalla 4-cü qrupda liderliyini möhkəmləndirib və qrupda ilk iki pillədən birini tutacağına zəmanət verərək 1/4 finala vəsiqəni təmin edib.

Qrupda ikinci yerdə 6 xalla Danimarka, üçüncü pillədə 3 xalla Uels qərarlaşıb. Norveç isə 3 xalla sonuncudur.

Növbəti turda, noyabrın 14-də Portuqaliya Danimarkanı qəbul edəcək. Eyni gün Norveç doğma meydanda Uelslə qarşılaşacaq.

Qeyd edək ki, elit divizionun hər qrupunda ilk iki yeri tutan komandalar UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanır. Sonuncu pilləni tutan yığmalar aşağı diviziona düşür, üçüncü yeri tutan komandalar isə elit divizionda qalmaq üçün pley-off oyunlarına çıxırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: