Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.
Uğursuz mövsüm keçirən “İmişli” “Turan Tovuz”u qəbul edəcək. Əyalət təmsilçiləri Yevlax şəhər stadionunda üz-üzə gələcəklər. Qarşılaşmaya saat 15:00-da start veriləcək. Bu oyunun baş hakimi Nicat İsmayıllı olacaq.
Turun qapanış matçında isə “Kəpəz” “Zirə” ilə üz-üzə gələcək. Gəncə şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 18:30-da səslənəcək. Oyunu Emin Əliyev idarə edəcək.
Premyer Liqa
8-ci tur
18 oktyabr
“İmişli” – “Turan Tovuz” 1:0
Qol: Dioqo Rollo, 25.
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu, 15:00.
İmişli: 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 17. Seyxan Fərəcov, 13. Rafael Vyeqas, 21. Ronaldo de Souza, 6. Yav Mozes, 23. Dioqo Rollo, 80. Deko.
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 33. Əkbər Eyubov, 30. Xəlil Mürsəlli, 9. Dioqo Almeyda, 8. Xuan Hernandes, 42. Sebai Senin.
Məşqçi: Ervin Perkon.
Turan Tovuz: 1. Oleq Baklov, 5. Roderik Miller, 21. Stiv Beusnar, 3. Enrike Silva, 23. Alexandro Serrano, 77. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 7. Xorxe Silva, 33. Filip Damyanoviç, 8. David Tavares, 11. Dioqo Balau.
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev, 90. Jo Batista, 19. Roberto Olabe, 28. Aleksa Yankoviç.
Baş məşqçi: Kurban Berdıyev.


