15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) oktyabrın 16-dan 18-nə qədər Bakıda təlim-məşq toplanışı keçirib.
Arena.az xəbər verir ki, hazırlıq prosesini başa vuran millimiz UEFA İnkişaf Turnirində iştirak etmək üçün Maltaya yollanacaq. Oktyabrın 19-dan 27-dək davam edəcək turnir çərçivəsində komandamız üç oyun keçirəcək.
Millimiz ilk oyununu oktyabrın 21-də Latviya yığmasına qarşı keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq görüş “Sentineri” stadionunda təşkil olunacaq.
U-15 millimiz oktyabrın 23-də saat 15:30-da Malta, oktyabrın 26-da isə eyni saatda Litva yığması ilə qarşılaşacaq. Hər üç oyun “Sentineri” stadionunda keçiriləcək.
Turnirdə iştirak edəcək millimizin heyəti ilə aşağıda tanış ola bilərsiniz:
- Sirac Quluzadə – Qarabağ
- Qabil Həzizadə – Sumqayıt
- Rəvan Rüstəmov – Sabah
- Ayxan Əliyev – Sabah
- Zeyd Çodarov – Qarabağ
- Sənan Zeynallı – Qarabağ
- Rasim Əliyev – Ulduz
- Amal Şıxkərimzadə – Sabah
- Kənan Səfiyev – Ulduz
- Kamil Bədirxanlı – Qarabağ
- Muhəmməd Hümbətzadə – Ulduz
- Ayxan Rüstəmli – Ulduz
- Hüseyn Novruzlu – EFA
- Nihat Bəylərli – Ulduz
- Zəfər İbrahim – Qarabağ
- Cəbrayıl Əkbərov – Ulduz
- Cavid Allahverdi – Qəbələ
- İmran Seyidbalayev – Sumqayıt
- Yusif Ağayev – Sabah
- Onur Əmirzadə – Neftçi


