“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv bu gün Bakıda Almaniya təmsilçisi “Borussiya”nın (Dortmund) müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Dortmund təmsilçisi ilə qarşılaşma “Masazır Arena”da baş tutub. Matçın baş hakimi gürcüstanlı Georgi Avazaşvili olub. Ona yan xətt hakimləri olan həmyerliləri Georgi Qoqoxiya və Qoça Taruaşvili kömək ediblər. Azərbaycanlı FIFA referisi Cavid Cəlilov isə dördüncü hakim funksiyasını yerinə yetirib.
“Borussiya” bu oyundan inamlı qələbə ilə ayrılıb.
82-ci dəqiqədə Dortmund təmsilçisinin oyunçusu Castin Hoy penaltidən yararlana bilməyib. Hesabı 74-cü dəqiqədə Yan Luka Riedl açıb. Digər qolu isə Əhməd Naydl vurub. 82-ci dəqiqədə Dortmund təmsilçisinin oyunçusu Castin Hoy penaltidən yararlana bilməyib.
Xatırladaq ki, “Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının əvvəlki iki oyununda da məğlub olmuşdu. Bakı təmsilçisi “Mançester Yunayted”ə 0:5, “Slaviya”ya (Praqa) isə 0:3 hesabı ilə uduzmuşdu.
Almaniya təmsilçisi isə əvvəlki oyunlarından bir qələbə, bir məğlubiyyətlə ayrılmışdı. Belə ki, “Borussiya” ilk turda evdə İspaniyanın “Vilyarreal” komandasına 2:3 hesabıyla məğlub olmuşdu. Norveçin “Bodo Qlimt” komandası ilə səfər oyununda isə dortmundlular 5:0 hesablı qələbəyə sevinmişdilər.


