Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Birinci Liqasının 5-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Birinci Liqa, 5-ci tur
“Xankəndi” – “Şahdağ Qusar” oyununda “Xankəndi” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.
“Mingəçevir” – “Şimal” oyununda “Şimal”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.
“Karvan” – “Gəncəbasar” oyununda “Gəncəbasar” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün Gəncə klubu 210 manat cərimə edilib.


