Oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək.
U-15 millimiz oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə Hövsan Yarış Kompleksinin 10A meydançasında qarşılaşacaq. Oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada oyunlar baş tutacaq.
189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.
Millimizin turnirdə iştirak edəcək futbolçularının siyahısı ilə aşağıda tanış ola bilərsiniz:
- Oqtay Mehrəliyev – Qarabağ
- Məhəmməd Ağamaliyev – Qarabağ
- Emil Quliyev – Neftçi
- Əkbər Nağıyev – Neftçi
- Kənan Əzimov – Neftçi
- Qafar Babayev – Neftçi
- Səid Bayramov – Neftçi
- Sübhan Əlizadə – Neftçi
- Həsən Məhmədov – Sabah
- Həsən Ramazanov – Sabah
- Murad Məmmədzadə – Sabah
- Asif Allahverdizadə – Ulduz
- Müşfiq Zamanov – Ulduz
- Yusif Əlizadə – Ulduz



